"DGK büdcə öhdəliyinə 116 % əməl edib"

3 Mart 2021 14:45 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.

Bunu DGK-nın sədri Səfər Mehdiyev bildirib.

O həmçinin qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

AzNews.az