Tağı Əhmədovdan xəbər var - Həyat yoldaşı danışdı

3 Mart 2021 15:28 (UTC+04:00)

“Hazırda Tağı Əhmədov özünü yaxşı hiss edir, işinə davam edir”.

Bu barədə Pravda.az-a “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova məlumat verib.

S.Əhmədova bildirib ki, Tağı Əhmədov müəlicəsinə evdə davam etsə də, işinə də davam edir: “Koronavirus testindən də keçib, heç bir virus əlaməti yoxdur. Problemi xüsusilə onurğası ilə əlaqəlidir, amma şükürlər olsun ki, sağalır. Bilirəm, Tağı müəllimi çox istəyənlər çoxdur, amma narahat olmayın, xəstəliyi keçib gedir”.

AzNews.az