"Dilavər Əzimli tibb tariximizdə ən uzunmüddətli EKMO cihazında izlənən xəstə olub"

3 Mart 2021 16:10 (UTC+04:00)

Tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli müalicə olunduğu dövrdə Azərbaycanın tibb tarixində ən uzun müddətli EKMO cihazında izlənən xəstə olub.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış həkim Rəşad Mahmudov deyib.

"Çox təəssüf... 2 ay boyunca tibb heyəti gecə-gündüz yorulmadan mübarizə apardı. Tibb tariximizə ən uzun müddətli EKMO cihazında izlənən xəstə oldu. Şəxsən özüm bütün işlərimə baxmayaraq, hər gün onlayn ən azı iki dəfə vəziyyətini həkimlərlə müzakirə edirdim. Amma nəticədə kömək edə bilmədik. Məncə, COVID-19-a və peyvəndə qarşı aparılan antitəbliğat insanlığa qarşı cinayətdir", - həkim R.Mahmudov əlavə edib.(report)

AzNews.az