Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri

3 Mart 2021 19:43 (UTC+04:00)

Təhsil işçilərinin vaksinasiyası könüllüdür, amma onun zəruri olaraq, keçirilməsi vətəndaş məsuliyyətindən, peşə təəssübkeşliyindən irəli gəlir.

AzNews.az xəbər verır kı, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı inzibati tədbirin görülməsi nəzərdə tutulmur.

M.Vəlieyava deyib ki, hər kəs vaksinasiyanın əhəmiyyətini başa düşməli və dezinformasiyalara fikir verməməlidir.(trend)

AzNews.az