ABŞ hərbçilərinin bazasına 10 raket atıldı

4 Mart 2021 09:38 (UTC+04:00)

İraqın Ənbar vilayətində ABŞ hərbçilərinin yerləşdiyi Əyn əl-Əsəd bazası raket atəşinə tutulub.

“Report” xəbər verir ki, hərbi bazaya azı 10 raket atılıb.

Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib ki, bazanın atəşə tutulması nəticəsində ABŞ hərbçiləri və mülki mütəxəssislər xəsarət almayıblar.

“Yalnız müqavilə ilə işləyən yerli sakin vəfat edib. O, ürək tutmasından ölüb”.

Onun sözlərinə görə, faktla bağlı araşdırma aparılır.