Mindən çox Covid-19 peyvəndi zibilliyə atıldı - SƏBƏB

4 Mart 2021 20:06 (UTC+04:00)

Yaponiyada peyvəndlərin qorunduğu bir səhiyyə müəssisəsində dondurucu və digər cihazların qoşulduğu elektrik xəttinə verilən enerji kəsilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb dərin dondurucuların müəssisədəki digər elektron cihazlarla eyni yuvaya qoşulması nəticəsində həddindən artıq yüklənməsi olub.

Nəticədə "Pfizer" şirkəti tərəfindən istehsal olunan 1032 Covid-19 peyvəndi istifadəyə yararsız hala gəlib.

Səhiyyə Nazirliyi səhiyyə müəssisəsinə dərin dondurucular üçün ayrı elektrik mənbələrindən istifadə etməyi tapşırıb.