Türkiyənin ustad sənətkarından sevgi dolu ismarıc

4 Mart 2021 19:37 (UTC+04:00)

83 yaşlı məşhur türk aktyor Cüneyt Arkın həyat yoldaşıyla olan şəkillərini tez-tez izləyicilərinə təqdim edir.

AzNews.az-ın Türkiyə mediasından əldə etdiyi xəbərə görə, Cüneyt Arkın ömür-gün yoldaşı Betül Arkınla bağlı paylaşım edib.

O, "Instagram" hesabında etdiyi paylaşımda yoldaşına olan büyük sevgisini ifadə edib: "Heç bir şeydən qorxmadığım qədər həyat yoldaşımı itirməkdən qorxuram. Yoldaşımı, canımı, Betülümü itirdiyim an mən də yox olaram".

Aktyoru sosial mediadan izləyənlər isə şərhlərdə cütlüyə təriflər yağdırıblar: "Yaşlananda da göz- gözə, diz-dizə olmaq necə də gözəldir. Bunun üçün də gözəl sevmək gərəkdir".