XİN: Zəlzələdən zərər çəkən Yunanıstanla həmrəyik

4 Mart 2021 12:10 (UTC+04:00)

“Yunanıstanın mərkəzi hissəsini vuran güclü zəlzələdən sonra Yunanıstan Respublikasına həmrəyliyimizi bildiririk”.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

Xatırladaq ki, ötən gün Yunanıstanda 6,2 bal gücündə zəlzələ olub. Episentrdəki silkələnmənin intensivliyinə görə bu seysmik hadisə “dağıdıcı” olaraq qiymətləndirilib.