Ərdoğana ağır itki üz verdi

4 Mart 2021 12:55 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllimi Məhmət Yahya Kutluoğlu həyatını itirib.

Bu gün 90 yaşlı müəllimin səhhəti ağırlaşıb və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kutluoğlu Türkiyənin sevilən simalarından olub. O “Hatipliler” dərnəyinin qurucusu və ilk rəhbəri olub. Məhmət Yahya Kutluoğlu dini fəaliyyəti ilə də seçilib. (metbuat.az)

AzNews.az