Çikaqoda qasırğa: 25 min ev işıqsız qaldı

13 İyun 2013 07:02 (UTC+04:00)
ABŞ-ın Çikaqo şəhərində ötən gün tüğyan edən güclü qasırğa 25 min evi işıqsız qoyub, Oxara aeroportunda 400-dək aviareys təxirə salınıb.

Bu barədə "CBS Chicago" telekanalı məlumat yayıb.

Tennis topu ölçüsündə dolu və güclü külək ağacları yıxıb, elektrik naqilləri qırıb.

Polisin məlumatına görə, təbii hadisə nəticəsində xəsarət alan yoxdur. Corciya, Texas və İllinoys ştatlarının bir neçə dairələrində tornado xəbərdarlığı elan olunub.//apa//

AzNews.az