Daha iki partiya YAP-a qoşulmaq qərarı verdi

4 Mart 2021 16:20 (UTC+04:00)

Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Bu barədə partiyanın sədri Rafiq Turabxan məlumat verib.

Onun sözlərinə görə, bu barədə dünən partiyanın video-konfrans formatında keçirilən qurultayında qərar qəbul edilib.

Qeyd edək ki, Yurddaş və Milli Qurtuluş partiyaları da YAP-a qoşulmaq qərarı verib.

Daha bir neçə partiyanın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.

(APA)

AzNews.az