Necati Şaşmaz: “Bu Atatürkə təhqirdir”

13 İyun 2013 07:12 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib rəhbərlik etdiyi partiyanın baş ofisində Polad Ələmdar rolu ilə tanınan tanınmış aktyor Necati Şaşmazı və Hasan Kaçanı qəbul edib. Görüşdən sonra aktyorlar jurnalistlərə baş nazirlə görüş barədə ilk açıqlamanı veriblər.

Necati Şaşmaz açıqlamalarında hadisələrdən narahatlığını dilə gətirərək məyusluğunu ifadə edib: "Türkiyə bunlara layiq deyil. Bəlkə də biz gözə gəldik. Biz dinləməyi bacarmalıyıq. Məmin Gezi parkına getdiyimə dair xəbər yayılıb. Mən Gezi parkına getmərəm. Baş verənlər Atatürkə təhqirdir".



Elnarə
AzNews.az