Prezidentin köməkçisi İsrailə təşəkkür etdi

5 Mart 2021 11:44 (UTC+04:00)

“Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə minnətdarıq. Bu, ölkələrimiz arasındakı dostluğun rəmzidir”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bir həyatı xilas edən bütün dünyanı xilas edir”, - deyə H. Hacıyev “Schindler's List” filmindən sitat gətirib.

Such a great story. We are thankful to Israeli medical team and @IsraelinAZ for providing health support in ophthalmology for our wounded soldiers/officers. It is also sign of friendship between our countries. @GeorgeDeek @yashat_fondu
"Whoever saves one life, saves the world" https://t.co/vXE16zRUfn

— Hikmet Hajiyev (@HikmetHajiyev) March 5, 2021