ABŞ-da oranqutan ve bonobolar üzərində Covid-19 peyvəndi sınaqdan keçirilib

5 Mart 2021 18:27 (UTC+04:00)

Qorilla meymununda karona virusu aşkar edildikdən sonra ABŞ-dakı San Diyeqo heyvanxanasında bəzi böyük meymunlar üzərində Covid-19 peyvəndi sınaqdan keçirilib.

Kaliforniya heyvanxanasındakı dörd oranqutan və beş bonoboya baytarlıq əczaçılıq şirkəti Zoetisin istehsal etdiyi iki doza peyvənd vurulub.

Bu şirkət 2020-ci ilin fevral ayında pişik və itlər üçün peyvənd hazırlamağa başlayıb və bu peyvəndin heyvanlarda təhlükəsiz və təsirli olduğu məlum olub. Ancaq sözügedən peyvənd bu ilin fevral ayına qədər başqa heç bir heyvan üzərində sınaqdan keçirilməmişdi.

Zooparkın baş gözətçisi açıqlamasında deyib ki, bu peyvəndi aslan və pələnglər üzərində istifadə ediblər, böyük meymunlara isə riskli ola bilər.

Buna baxmayaraq, 1994-cü ildə dünyada açıq ürək əməliyyatı keçirən ilk oranqutan Karen də peyvənd olan meymunlar arasında yer alıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, peyvəndin uğurlu olub-olmadığını görmək üçün qısa müddətdə bir antikor testi ediləcək.

Covid-19 yanvar ayında zooparkdakı 8 qorillada aşkar edilib. Bu qorilla virus aşkarlanan ilk böyük meymunlardandı.
Böyük meymunlarda virus riski narahatlıq doğurur. Bu narahatlıq tükənməkdə olan qorillalar üçün xüsusilə kəskindir.

Virus, bəzi zooparklarda, o cümlədən Nyu Yorkdakı Bronx Zooparkında aslan və pələnglərdə və İspaniyada Barcelona Zooparkında aslanlarda aşkar edilib.

Virus pişik və itlərdən başqa bir çox heyvan növlərində də müşahidə olunub.

AzNews.az