Arif Hacılı müxalifətə xəbərdarlıq etdi

13 İyun 2013 07:52 (UTC+04:00)


"Müxalifətin vahid namizədinin yaxın günlərdə müəyyən olunması ciddi siyasi səhv olardı".

AzNews.az-ın məlumatına görə, bu sözləri Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı deyib.

O bildirib ki, belə addımın atılması hakimiyyətin manevr imkanlarını artıracaq.

A.Hacılının fikrincə, müxalifətin vahid namizədi seçki gününə təqribən 1 ay qalmış müəyyən edilərək cəmiyyətə təqdim olunmalıdır.
Partiya funksioneri iddia edib ki, əks halda hakimiyyət mövsümi müxalifətçilərin boykot arqumentlərini artıran qərarlar qəbul edəcək.

Anar
AzNews.az