Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib

6 Mart 2021 12:11 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetinin yaranmasının 15-ci ildönümü münasibətilə ali təhsil ocağının rektoru Hafiz Paşayevi təbrik edib.

AzNews.az xəbər verir ki, bu barədə XİN başçısı öz tvitter səhifəsində yazıb:

“Bu gün böyük zəhmət və əməyin bəhrəsi olan ADA Universitinin 15 ili tamam olur. Bu münasibətlə universitetin rektoru, professor Hafiz Paşayev başda olmaqla ADA Universitetinin bütün kollektivini təbrik edir, onlara yeni nailiyyətlər arzu edirəm!”, - nazir bildirib.