Toyda qətl hadisəsi- Azərbaycanda

13 İyun 2013 08:07 (UTC+04:00)



Cəlilabad Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Astanlı kəndində qeydə alınıb.

Faiq Məmmədovun toy məclisində 1974-cü il təvəllüdlü Fuad Məmmədov 1978-ci il təvəllüdlü İlkin Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az