İran və Naxçıvan ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlığı müzakirə edib

6 Mart 2021 14:16 (UTC+04:00)

İranla Naxçıvan arasında ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlıq müzakirə edildi.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni və Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev arasında keçirilən görüşdə ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmaqda qazandığı uğurlar münasibətilə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən İran konsulu, ətraf mühit və təbii sərvətlər sahəsində əməkdaşlığın genişləndirilməsi ətrafında Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparıb.

Bununla əlaqədar Araz çayının ekoloji məsələlərinə və bu birgə irsin qorunmasına diqqət yetirməyin vacibliyi vurğulanıb və çayın suyunu və çirklənməsini azaldacaq imkanlar üzərində birlikdə çalışmağın əhəmiyyəti qeyd edilib.

Naxçıvanın Ekologiya və Təbii Sərvətlər naziri də Araz çayının su ehtiyatlarının istismarı ilə bağlı müxtəlif məsələlərdə İran İslam Respublikası ilə əməkdaşlığa toxunaraq bildirib ki, xoşbəxtlikdən bu sahədə hər hansı problem yoxdur və hər iki tərəfdən mütəxəssislər bir-biri ilə daim əlaqədədirlər. (APA)

AzNews.az