Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapılıb

6 Mart 2021 15:49 (UTC+04:00)

Ağdaş rayonunda itkin düşən 2 yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan 2 yaşlı övladının itkin düşdüyünü bildirib

Polis tərəfindən keçirilən tədbirlər zamanı azyaşlı axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılaraq ailəsinə təhvil verilib.