“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"

6 Mart 2021 21:45 (UTC+04:00)

“Diriliş Ərtuğrul” teleserialının Azərbaycanda yayımlanmasından məmnunuq".

Bunu açıqlamasında Türkiyənin “Bozdağ” film şirkətinin rəhbəri, “Diriliş Ərtuğrul” teleserialının ssenaristi Mehmet Bozdağ bildirib.

Onun sözlərinə görə, Azərbaycan türk dünyasının sənət mərkəzidir: “Diriliş Ərtuğrul” teleserialının Azərbaycanda da sevilərək izlənilməsi bizi sevindirir".

Qeyd edək ki, Türkiyənin ən reytinqli tarixi serialı olan “Diriliş Ərtuğrul” dünyanın bir çox ölkələrində yayımlanmağa başlanıb. Hazırda Azərbaycan Televiziyasından (AzTV) da yayımlanır.(report)

AzNews.az