Masallıda folklor festivalı

13 İyun 2013 08:24 (UTC+04:00)



Mədəniyyət və Turizm Nazirliyinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Gürcüstan, Türkiyə, İran, Qazaxıstan, Ukrayna, Belarus, Latviyadan folklor kollektivləri iştirak edəcək.

Azərbaycanı bu festivalda Ağdamın "Qarabağ bülbülləri", Masallının folklor kollektivləri və rəqs qrupları təmsil edir. Uyunun 12-də başlayan festival 16-da başa çatacaq.

Bahar Rüstəmli
AzNews.az