Fransada deputat helikopter qəzasında həlak oldu

7 Mart 2021 23:58 (UTC+04:00)

Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası olub.

KİV-in məlumatına görə, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa Milli Məclisinin deputatı, milyarder Olivye Dasso həlak olub. Onun 60 yaşı varmış.

Qəza zamanı həmçinin helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron həlak olanların ailələrinə başsağlığı verib.