XİN başçısı xanımları təbrik edib

8 Mart 2021 11:01 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə xanımları təbrik edib.

AzNews.az xəbər verir ki, o, bu barədə tvitter səhifəsində yazıb.

“Bu əlamətdar gündə bütün qadınları təbrik edir, ilk növbədə torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən bütün igidlərimizin analarına və həyat yoldaşlarına təşəkkür edir, onlara can sağlığı diləyirik” - Ceyhun Bayramov təbrikdə bildirib.

8 mart - Beynəlxalq Qadınlar Günü!

Bu əlamətdar gündə bütün qadınları təbrik edir, ilk növbədə torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən bütün igidlərimizin analarına və həyat yoldaşlarına təşəkkür edir, onlara can sağlığı diləyirik. pic.twitter.com/iAq1g3EMgS

— Jeyhun Bayramov (@bayramov_jeyhun) March 8, 2021