Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO

8 Mart 2021 12:40 (UTC+04:00)

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları xidməti fəaliyyətini bərpa edib.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zəngilan rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir:

"Rayon ərazisində postlar qurulub, təhlükəsizlik tədbirləri gücləndirilib".