Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib

8 Mart 2021 15:40 (UTC+04:00)

Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb.

Əlavə edilib ki, aksiyaya cəhd zamanı saxlanılan olmayıb.