Dondurma sexlərində yoxlamalar başladı

13 İyun 2013 08:58 (UTC+04:00)


Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Məsim Babayev bildirib.

Məsim Babayev deyib ki, hazırda Bakıda iki dondurma sexində yoxlama aparılır. Onun sözlərinə görə, həftə ərzində bu sexlərdə istehsal edilən dondurmaların laborator analizlərinin nəticələri məlum olacaq və bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək: "Azərbaycana idxal olunan dondurmalarla bağlı da mütəmadi yoxlamalar aparılır. Bu məhsulların keyfiyyəti ilə bağlı hər hansı problem ortaya çıxarsa, bununla bağlı da ictimaiyyətə məlumat veriləcək".


AzNews.az