"Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılmasına hazırıq"

8 Mart 2021 17:33 (UTC+04:00)

“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin Ərdəbil əyalətində yaradılmasına hazırdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni Ərdəbil əyalətinin Parsabad sənaye şəhərciyinə baxış keçirdərkən deyib.

O bildirib ki, Azərbaycan və İran sərhədyanı rayonlarının əməkdaşlığı ilə müştərək sənaye şəhərciyinin yaradılması mümkindür:

"Lazımi razılıqlar əldə olunan kimi, bu sahədə müştərək sərmayə qoyuluşuna başlanılacaq. Müştərək sənaye şəhərciyində iki ölkənin müştərək zavodlarının tikilməsi üçün Ərdəbil əyalətində geniş potensial mövcuddur."

O qeyd edib ki, Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılması İran iqtisadiyyatı üçün önəmli nailiyyətdir.

Bu iki ölkə arasında iqtisadi və müştərək əməkdaşlığı genişləndirəcək.

AzNews.az