COVID-19 infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb

8 Mart 2021 20:32 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 963 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib, 3 927 aktiv xəstə sayı nəfərdir.