ABŞ Məhkəməsi Trampın seçkilərin nəticəsi ilə bağlı şikayətini rədd edib

8 Mart 2021 21:07 (UTC+04:00)

ABŞ Ali Məhkəməsi, keçmiş prezident Donald Trampın seçkilərin nəticəsi ilə bağlı 3-cü apelyasiya müraciətini rədd edib.

APA "RİA Novosti"yə istinadən bildirir ki, ali qurum Trampın şikayəti ilə bağlı aşağı instansiya məhkəmələrinin verdiyi qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə qərarını izah etməyib və açıqlayıb ki, səslərin sayılmasına dövlət hakimiyyəti orqanları tərəfindən müdaxilə edilməyəcək.

Qeyd edək ki, sabiq prezident Viskonsin ştatındakı seçki nəticələrinin yenidən sayılmasını tələb edir. Həmin ştatda o, hazırkı prezident Co Baydenə 20 min səs fərqi ilə uduzub.

AzNews.az