Türkiyənin səhiyyə naziri: "Qadınlar bizi bağışlasın"

8 Mart 2021 22:17 (UTC+04:00)

"Qadınlar bizi bağışlasın, fədakarlıqları indiyə qədər layiq olduqları mükafatı almayıb”.

Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tvitter səhifəsində yazıb.

Nazir daha sonra bildirib: “Sevgi ilə yetişdirdikləri eyni qayğı ilə qorunmadı. Sözləri daha çox təsir etsəydi, həyat daha yaxşı ola bilərdi. Çünki qadınlarda güc və mərhəmət bir-birindən ayrılmazdır. 8 Mart - Beynəlxalq Qadınlar Günü mübarək olsun!”