Daha bir sabiq nazir həbs edildi

9 Mart 2021 13:22 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribov həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, M.Qəribov prokurorluq əməkdaşları tərəfindən tutulub.

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov da həbs edilib.