Yaşar Nurinin ev muzeyindən eynəyi və mobil telefonu oğurlanıb

9 Mart 2021 13:57 (UTC+04:00)

Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.

Hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.