Makron Paris Məscidini ziyarət etdi

9 Mart 2021 19:16 (UTC+04:00)

Paris Məscidi tərəfindən edilən açıqlamada Fransa Prezidenti Emmanuel Makronun Paris Məscidini ziyarət etdiyi bildirilib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Paris Məscidinin sosial media hesabındakı şərhdə Fransa Prezidenti Emmanuel Macronun məscid rəhbəri Cems-eddine Hafız ilə "səmimi və isti" bir görüş keçirdiyi qeyd olunub.

Açıqlamada Macronun dostluğunu Fransada yaşayan müsəlmanlara çatdırdığı bildirilib.

AzNews.az