Cinayətin üstü 5 min 300 il sonra açıldı

13 İyun 2013 09:22 (UTC+04:00)
5 min 300 il əvvəl baş vermiş cinayətin üstü açılıb. Belə ki, Avstriya-İtaliya sərhədindəki Ötztal Alp buzlağı altında tapılan, son dərəcə yaxşı qorunmuş Ötzi adı verilən mumyanın başından aldığı zərbə nəticəsində öldüyü ortaya çıxıb.

Bu tapıntı dünyanın "ən qədim cinayəti` adlandırılıb. Alman elm adamları Ötzinin yaralarının qırmızı qan hüceyrələrini araşdırıblar. Bəlli olub ki, Otzi başından vurulan zərbə nəticəsində beyin travması alaraq, ölüb. Həmçinin körpücük sümüyündəki iz onun oxla öldürülməsini ehtimal edir.

Elman
AzNews.az