Nino Burcanadze prezidentlik iddiasında

13 İyun 2013 09:22 (UTC+04:00)



Gürcüstanın "Demokratik hərəkat" müxalifət partiyasının lideri Nino Burcanadze Gürcüstan prezidenti olmaq istəyir. Müxalifət partiyasının rəhbəri seçkiqabağı kampaniyaya başlayıb.

Onun sözlərinə görə, 2012-ci ilin oktyabr ayında parlament seçkilərindən başlayaraq "Demokratik hərəkat" partiyası böyük işlər görüb və indi isə aktiv seçkiqabağı kampaniyaya başlayır. Burcanadzenin seçkiqabağı qərargahına Samsxe-Cavaxeti regionunun sabiq qubernatoru rəhbərlik edəcək. (anspress)

AzNews.az