"Bülbülün ev muzeyinin bərpası ilə bağlı layihə hazırlanır"

10 Mart 2021 17:43 (UTC+04:00)

Bülbülün ev muzeyinin bərpası ilə bağlı layihə hazırlanır.

Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihə təsdiq olunandan sonra onun bərpa işləri də nəzərdən keçiriləcək:

"Bildiyiniz kimi Polad Bülbüloğlu oranı ziyarət etmişdi. Muzeyin bərpasının Polad Bülbüloğlunun hesabına, yoxsa dövlət hesabına olunacağı danışıqlardan sonra müəyyən olunacaq".