Tehran gecəni oyaq keçirib

13 İyun 2013 10:13 (UTC+04:00)



Bu gün gecə isə İran paytaxtı Tehranda namizədlərin tərəfdarları ilə əleyhdarları gecəni səhərə qədər küçələrdə keçiriblər.

Gənclər əl çalaraq, ayaqlarını yerə döyərək tərəfdarı olduqları namizədləri himayə edən şeirlər oxuyublar.

Şəhərin mərkəzi küçələrində yaranan sıxlıq avtomobillərin hərəkətlərində tıxacların yaranmasına səbəb olub.

Elnarə
AzNews.az