Lakin lazım olmayan və sakit vaxtda bu qədər adrenalin sıçrayışı təşviş, qorxu, ürəkdöyünmə, çırpınma, qan təzyiqinin qalxması, tənəffüsdə ağırlıq, döş qəfəsində sıxılma, əllərdə əsmə, ölüm qorxusu, olduğun yerdən qaçmaq hissi yaradır.
Bu simptomlar bədən üçün olmasa da, psixika üçün ağırdır və insanı qorxudur. Beləcə insan bu halı beynində saxlayaraq, növbəti panik atak üçün zəmin yaradır və sanki onu gözləyir.
ADRENALİN:
- qanda 5-10 dəqiqə qalır, sonra parçalanıb itir və böyrəklər tərəfindən çıxarılır
- panik atak zamanı insanı öldürmür, insanı dəli etmir, heç bir xəstəliyə səbəb olmur
Panik atak – sadəcə adrenalin yüksəlməsi, qanda 10 dəqiqə qalması və bu zaman baş verən süni fiziki simptomlardır.
Bu prosesi anlamaq, qəbullanmaq artıq uğurdur və insanı sakitləşdirir, müalicənin yarısıdır.
İKİNCİ ADDIM – Adrenalini idarə et, nəzarətə al!
Axı bu dəlisov hormonu necə idarə etmək olar?
Bu mümkündür və bir neçə sadə yolu var:
- Müntəzəm fiziki yüklənmə, idman, hərəkət
Fikir vermisizsə, panik atak, təşviş zamanı insan bir yerdə durmur, o küncdən bu küncə qaçır, evdən qaçmaq istəyir, bir sıra lazımsız hərəkətlər edir, əllərini oynadır. Bu təsadüfi deyil. Bu yolla orqanizm artıq adrenalini qovmağa, onu əzələlərə yönəltməyə çalışır.
Ona görə də çox oturan, yatan, az hərəkət edən insanlarda əzələlər tənbəl olur, adrenalini paylaşdırmır.
Panik atakı olanlar mütləq heç olmasa velosiped, gəzinti, gimnastika, qaçış, üzgüçülüklə məşğul olsalar, artıq adrenalin əzələlərə paylaşar. Nə yolla olursa olsun, əzələləri, bədəni çalışdırmaq lazımdır.
Eləcə də panik atak zamanı nəyisə döyəcləmək, gəzişmək, pilləlkən çıxıb düşmək, qaçmaq, idman hərəkəti, oturub qalxmaq adrenalini qovmağa yardım edər.
- YUXU
Gecə yuxusu 7-8 saatdan az olmamalıdır, panik atakı olanlar hətta 9 saat yatmalıdır. Yatmağa axşam saat 11-də getmək lazımdır, gec olmaz.
- Qəhvə, energetik içki, alkoqol, şirəli içki, siqaretdən imtina
- Panik atakı yaradan səbəb, psixoloji durum, həyatınızda baş verənlərə dərindən baxıb, həyatınızın, ruhunuzun sizdən nə istədiyini təhlil etmək. Bu yolda sizə psixoterapevt və ya psixoloq yardım edə bilər.
Çox zaman panik ataklar uzun müddət nevros, stress vəziyyətindən, insan seçim arasında qalanda başlayır.
- Dərman müalicəsindən qorxmayın
Panik atak problemi üçün adrenalini blok edən dərmanlar seçilir: beta adrenablokatorlar və trankvilizatorlar.
Dərmanları da nevroloq və ya psixiatr təyin edir.
Ən azı 6 ay müalicə aparılmalıdır.
- 100% işləyən metod
Panik atak zamanı zəng edə biləcəyiniz həkiminiz, psixoloqunuz və ya dostunuz olmalıdır.
Burda psixoloji məqam odur ki, elə ki, sizin zəng edə biləcəyiniz bir adamınız oldu, panik ataklar izsiz soraqsız itir. Bu metod yüzlərlə insan tərəfindən yoxlanılıb. Bundan çəkinməyin.(medicina.az)