Daha bir qəzet fəaliyyətini dayandırdı
13 İyun 2013 10:26 (UTC+04:00)
"Salam Press Nəşriyyat Evi" MMC-yə daxil olan "SalamPress" həftəlik qəzet nəşrini dayandırılıb. Bunu AzNews.az-a sözügedən qəzetin baş redaktoru Tariyel Süleymanov dedi.
T.Süleymanovun sözlərinə görə, sentyabr ayından sonra "SalamPress" qəzeti internet versiyası şəkilində olacaq.
Xatırladaq ki, "SalamPress" həftəlik qəzeti 2007-ci ilin yanvarından Moskvada, 2010-cu ilin yanvarından isə Bakıda nəşr olunur.
Bahar Rüstəmli
AzNews.az