Əgər sizdə D vitamini azdırsa, işiniz oturaqdırsa, gün işığı az görürsüzsə, dişləriniz və dırnaqlarınız qırılırsa, qidanızda ancaq un məmulatı, market qidaları, şirniyyat və transyağlar üstünlük təşkil edirsə, qadınlar hamiləlikdən qoruyucu hormonal dərmanlar içirsə, kişilər energetik içki, alkoqol, siqaret qəbul edirsə, içməli suyunuz mineralsız və xlorludursa, hər gün qəhvə, çaydan başqa heç nə içmirsizsə, sizdə 100% kalsiy kəskin təhlükəli həddə aşağıdadır və getdikcə də azalır.
İlkin simptomları:
- Yorğunluq, halsızlıq
- Yuxululuq
- İmmunitetin düşməsi
- Burundan qanaçılma, damaq qanaması
- Bədəndə səbəbsiz qançır, göyərmələrin yaranması
- Diş emalının pozulması
- dırnaq, saç qırılması
- vitamin D əskikliyi
Sümüklərdən kalsiumun yuyulub getməsi burxulma, çıxıq, sınıqların çoxalması və gec sağalması ilə nəticələnir.
Xüsusilə 50 yaşdan sonra ciddi təhlükə olan bud çanaq və onurğanın sınması baş verə bilər.
Hansı analiz dəqiqdir?
Siz kalsiumu yoxlamaq üçün qandan kalsi analizi verə bilərsiz, bu çətin deyil. Amma bu mənasız analizdir. Çünki kəskin defisitdə sümüklərdə olan kalsium yuyulub qana verilir və analizdə bu normal çıxa bilər.
Ən düzgün analiz paratireoid hormon analizidir.
Eləcə də sümüklərin sıxlığını yoxlamaq üçün densimetriya aparatından keçmək.