Bakıda daha bir avtobus qəzası

13 İyun 2013 10:38 (UTC+04:00)


Bu gün saat 11:20 radələrində Bakının Səbael rayonu ərazisində sərnişin avtobusu ağır qəzaya uğrayıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, Muxtarov küçəsi ərazisində, Bibiheybət yolunda 88 saylı avtobusla "Prado" markalı minik maşını toqquşub. İlkin məlumata görə, qəzada 10-a yaxın insan ağır yaralanıb.

Hadisə yerinə təcili yardım həkimləri, polis əməkdaşları və xilasedicilər cəlb olunub.

AzNews.az