Prezident ATƏT-in fəaliyyətdəki sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

14 Mart 2021 22:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzNews.az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin təkbətək görüşü olub.

Sonra görüş geniş tərkibdə davam etdirilib.