Fransalı nazir koronavirusa yoluxdu

15 Mart 2021 09:14 (UTC+04:00)

Fransanın Əmək naziri Elizabet Bornun koronavirus testi müsbət olub.

“Report” xəbər verir ki, bu barədə nazir özünün tvitter hesabında yazıb.

O, qeyd edib ki, nazirliyin rəhbəri kimi öz vəzifələrinin icrasına davam etmək niyyətindədir.

"Bəzi simptomlara baxmayaraq, özümü yaxşı hiss edirəm. Özünüzü və yaxınlarınızı qoruyun", - Born əlavə edib.