Dövlət Radiotezliklər İdarəsinin rəisi işdən çıxarılıb

15 Mart 2021 13:17 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Rahid Ələkbərli vəzifəsindən azad edilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Digər əmrə əsasən isə o, nazirin müşaviri təyin olunub.

DRİ-nin rəhbərliyinə isə Heydər Rüstəmov gətirilib. O, indiyə qədər nazirliyin maliyyə şöbəsində çalışıb, “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmovun qardaşıdır.