Azərbaycan vətəndaşları gələn aydan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək

16 Mart 2021 22:57 (UTC+04:00)

Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokol 1 aprel 2021-ci ildən qüvvəyə minir.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu tarixdən vətəndaşlarımız şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklər”, - deyə qeyd olunub.

Azərbaycan vətəndaşları aprelin 1-dən etibarən Türkiyəyə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Polis İdarəsi məlumat yayıb.

“İki ölkə vətəndaşları 1 aprel 2021-ci ildən etibarən qarşılıqlı səfərlər zamanı yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcək. Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb”, - deyə bildirilib.(Apa)

AzNews.az