Yük avtomobili aşdı, toyuqlar asfalta töküldü - FOTO

17 Mart 2021 10:25 (UTC+04:00)

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, diri toyuq daşıyan yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə içərisində toyuqların olduğu yeşiklər asfalta tökülüb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ağır xəsarət alıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yük avtomobili aşdığından Moskva prospektindən Biləcəri dairəsi istiqamətdə gedən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

Faktla bağlı araşdırma aparılır.