Türkiyədə bütöv bir kənd yanır - FOTO - VİDEO - YENİLƏNİB

17 Mart 2021 19:49 (UTC+04:00)

Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində yanan evlərin sayı artıb.

“Hürriyet” qəzeti xəbər verir ki, evlərin birində baş verən yanğın 60-a yaxın evə keçib.

Artvinin valisi Yılmaz Doruk yanğının nəzarət altına alındığını, ancaq təhlükənin hələ sovuşmadığını bildirib.

Yanğın baş verən evin yaxınlığında yaşayanlar təxliyə ediliblər.

***

18:22

Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.

“Hürriyet” qəzeti yazır ki, kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.

Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsini təhdid etdiyini açıqlayıb.

Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Eyni zamanda yanğının söndürülməsi üçün bir vertolyot də istənilib.(Apa)

AzNews.az