Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi Xocavənd istiqamətində tapılıb

17 Mart 2021 21:24 (UTC+04:00)

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

AzNews.az xəbər verir ki, şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal Elşən oğludur.

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.(Apa)