Nardaran hadisələrinə görə həbs edilən şəxslər əfv olundu

18 Mart 2021 17:00 (UTC+04:00)

Nardaran hadisələrinə görə həbs edilən Elgün Axundov və Vüsal Alış əfv edilib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında onların da adları var.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 28 dekabr tarixli hökmü ilə hər iki şəxs 12 il 6 ay və müddətinə azadlıqdan məhrum edilib.