Nazir Sahibkarlığın İnkişafı Fondunun əsas hədəflərini açıqladı

19 Mart 2021 13:55 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik etdiyi qurumun Sahibkarlığın İnkişafı Fondunun (SİF) əsas hədəflərini açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə nazir "Twitter" sosial şəbəkəsindəki hesabında bildirib.

“SİF-in 2021-2023-cü illərdə strateji hədəfləri sahibkarların maliyyə resurslarına çıxışının genişləndirilməsi, innovativ texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılmasına və inkişafına dəstək verilməsi, Fondun dayanıqlı inkişafının təmin edilməsidir”, - nazir qeyd edib.